"Maliyyə Sabitliyi Şurasının verdiyi qərarlar, formalaşan makroiqtisadi çərçivəyə əsasən deyə bilərik ki, biz manatın gələcək məzənnəsi üçün hər hansı risklər görmürük".

PRESSDAY.az bildirir ki, bunu Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Manatın məzənnəsinin üzən məzənnə rejimində formalaşdığını xatırladan Elman Rüstəmov deyib ki, tədiyyə balansı müsbət olanda manatın möhkəmlənməsi müşahidə edilir:

"Manatın məzənnəsini bazar həll edir. Sadəcə olaraq hökumət, Mərkəzi Bank düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur, xüsusi ilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur. Hələlik biz əsaslı qorxu görmürük".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...