“Lukoyl”un azərbaycanlı prezidenti və Qətərin Qlnvest investisiya bankı Barselonanın simvolu hesab olunan OneOcean Port Vell limanını alıb.

PRESSDAY.az
-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, meqayaxtalar üçün nəzərdə tutulan liman əvvəllər Salamanca Groupa məxsus olub.

Ələkbərov limanın bir hissəsini iş adamının ailəsinin sahibi olduğu investisiya bankı vasitəsilə əldə edib.

Qlnvest isə öz payını BOH LLC törəmə şirkəti vasitəsilə alıb.

Salamanca Groupun nümayəndələri hesab edir ki, indi yeni investorlar üçün limanı inkişaf etdirməyin sərfəli vaxtıdır.

Salamanca Group limanı 2010-cu ildə alaraq 100 milyon avroya yaxın investisiya qoyub.

İndiki alqı-satqının dəyəri məlum deyil. Bir mənbə limanın təxmini dəyərinin 2 milyard dollar ola biləcəyini deyib.

İspaniya KİV-lərinin ehtimalına görə, Salamancanın investorlarının arxasında oliqarxlar Vahid Ələkbərov və Leonid Fedun dayanır. İddia edilir ki, onlar öz sərmayələrini Kipr, Kaymanov və Virciniya adalarındakı offşor şirkətləriinin böyük strukturu vasitəsilə maskaladıblar.

Liman ümumilikdə uzunluğu 150-dən 190 metrədək olan gəmiləri qəbul etmək imkanındadır. Yaxta sahibləri dayanacaq üçün yer icarəyə götürməklə yanaşı, onu ala da bilərlər.

Bu ilin sentyabr ayında “Bloomberg” Vahid Ələkbərovun varidatını 11,5 milyard dollar dəyərləndirib.

O, eyni zamanda Hollandiya istehsalı olan sürətli okean Heesen Yachtsın sahibidir. Elə oradaca Ələkbərovun özü üçün 70 metrlik Galactica Super Nova hazırlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest