Qərb Universiteti Beynəlxalq Visegrad Fondu ilə əməkdaşlıq edir.

PRESSDAY.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində Qərb Universiteti “Azərbaycanda kiçik və orta müəssisələrin davamlı inkişafı üçün Visegrad dördlüyü ölkələrinin ən yaxşı təcrübələri” adlı layihəni həyata keçirir.

Bu həftə layihə çərçivəsində Qərb Universitetinin İqtisadiyyat məktəbində Çexiyanın Nyuton Kollecindən olan mütəxəssis Jiri Nesiba “Azərbaycanda kiçik və orta müəssisələrin davamlı inkişafı üçün Visegrad dördlüyü ölkələrinin ən yaxşı təcrübələri ” fənnini tədris etməyə başlayıb.


Layihə 3 il ərzində davam edəcək və hər il bu fənni Çexiyanın Nyuton Kollecindən və Polşanın Yegelon Universitetindən olan mütəxəssislər tədris edəcəklər.


Qeyd edək ki, Beynəlxalq Visegrad Fondu 2000-ci il iyunun 9-da Visegrad dördlük ölkələri olan Çexiya, Macarıstan, Polşa və Slovakiyanın yaratdığı beynəlxalq təşkilatdır.

Qərb Universiteti ölkəmizdə bu fondla əməkdaşlıq edən yeganə universitetdir.

Qərb Universiteti tərəfindən icra edilən hazırkı layihə çərçivəsində təşkil olunan kurslarda Azərbaycanda kiçik və orta müəssisələrinin inkişafı siyasəti, müxtəlif iqtisadi aspektləri haqqında məlumatlar verilir, kiçik və orta müəssisələrinin davamlı inkişafı məqsədilə V4 ölkələrinin ən yaxşı təcrübələri öyrənilərək tətbiqi üçün konsultasiyalar təşkil edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest