Bakı və Gəncədə də konfransların reallaşdırılması nəzərdə tutulur

Sentyabrın 20-24-də Türkiyənin Dənizli-Pamukkale vilayətində Türkiyə İqtisadiyyat Nazirliyinin dəstəyi, Türkiyə Sağlamlıq Turizmi Birliyinin (THTC) təşkilatçılığı, Denizli Valiliyi və Pamukkale Bələdiyyəsinin ev sahibliyi ilə II Beynəlxalq Termal Sağlamlıq Turizmi Sammiti keçirilib. Sammitdə 52 ölkədən 260 nümayəndə və 250 Türkiyə sağlamlıq turizmi təsisatları iştirak edib.

PRESSDAY.az xəbər verir ki, tədbirdə Azərbaycan da geniş nümayəndə heyəti ilə təmsil olunub.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin üzvləri ölkəmizin sağlamlıq turizm imkanlarını nümayiş etdiriblər.

Tədbirdən əvvəl Pmakkaledə bələdiyyə başqanının dəstəyi ilə 52 ölkədən 300 nəfərin iştirakı ilə velosiped turu gerçəkləşdirilib.

Zirvə toplantısında ermal turizmin müasir inkişaf meylləri, yeni trendlər, ölkələrarası əməkdaşlıq və gələcək planlar müzakirə olunub. Sonra tədbir ikitərəfli B2b görüşlərlə davam etdirilib. Azərbaycan heyəti də proqrama uyğun olaraq, Azərbaycan sağlıq turizmi imkanlarını iştirakçı ölkələrə təqdim edib.

Tədbirin son günü iştirakçılar üçün Dənizlidə və Pamukkaledə mövcud olan termal və medikal təsislərə infotur təşkil olunub. THTC-nin təşəbbüsü ilə cari ilin oktyabr ayında Bakı və Gəncə şəhərlərində medikal turizm konfransı və b2b workshoplarının həyata keçirilməsi qərara alınıb.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest