Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə bu şəhərdə keçirilən XXIV Beynəlxalq Adana Film Festivali çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədr müavini Cahangir Zeynalov haqqında "2 Dil 1 Harmoni" adlı bioqrafik sənədli filmin təqdimatı olub.

PRESSDAY.az
-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sinema İdarəsi Müdirliyinin sifarişi ilə çəkilən filmin quruluşçu rejissoru və prodüsseri əslən azərbaycanlı olan hazırda Türkiyədə yaşayan Nəcibə Abbasovadır.

Filmdə Cahangir Novruzovun həyat və yaradıcılığından, onun ailə kökləri, babası Cahangir Zeynalov, anası, Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalova və 130 ildir Azərbaycan səhnəsində olan ailə şəcərəsindən bəhs edilir.

Filmdə həm Türkiyə, həm də Azərbaycanın tanınan mədəniyyət və incəsənət xadimləri Cahangir Novruzov barədə ürək sözlərini söyləyiblər.

Sənədli filmin Rusiya, Türkiyə və Azərbaycanda nümayişi nəzərdə tutulub.

Türk dilində çəkilən film ingilis dilində subtitrlərlə təqdim edilib. "2 Dil 1 Harmoni" filminin festivallara təqdim edilməsi nəzərdə tutulub.

Sentyabrın 24-də başlayan Adana film festivalı oktyabrın 1-də başa çatacaq və hər il olduğu kimi bu il də festivalda 5 kateqoriya üzrə 30 “Altın Koza” mükafatı sahiblərinə təqdim ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest