Las-Veqasdakı musiqi vestivalına gələnlərin odlu silahdan istifadə ilə güllələnməsi ABŞ tarixinə ən qanlı divan kimi düşəcək.

PRESSDAY.az xarici mediya istinadən bildirir ki, son məlumata görə, atəş açanın qurbanlarının sayı 50-ni keçib, yaralanaların sayı isə 200-dən çoxdur.

Beləliklə, ötən il Orlandoda terrorçunun 49 nəfəri güllələməsi və polisin onu öldürməsi artıq ikinci plana keçib.

Atəş açanın adı da artıq məlumdur. O, avropoid irqin nümayəndəsi, amerikalı 64 yaşlı Stiven Peddokdur.

Onun atəş açılan eyni nömrədə yaşadığı ehtimal olunan yoldaşının axtarışlarına başlanılıb.

Peddok 32-ci mərtəbəbən musiqi dinləyən minə yaxın adama fasiləsiz atəş açıb.

Festival iştirakçıları onlara atəş açıldığını dərhal başa düşməyiblər.

Bayram əhval-ruhiyyəsinə görə düşünüblər ki, atəşfəşanlıqdır.

17:30

50 nəfərdən çox adamı güllələyərək öldürən 64 yaşlı Stiven Peddok mehmanxana nömrəsində ölmüş vəziyyətdə tapılıb.

Onun hadisədən sonra intihar etdiyi bildirilir.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...