Münhenin “Bavariya” klubu almaniyalı mütəxəssis Yuppa Haynkesin baş məşqçi postuna təyin edildiyini açıqlayıb.

PRESSDAY.az bildirir ki, bu haqda klubun saytında məlumat yayılıb.

72 yaşlı mütəxəssislə 2018-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Onun köməkçiləri Piter Hermann və Qerman Qerland olacaqlar. Haynkes oktyabrın 9-dan işə başlayacaq.

“Biz Haynesə böyük ümid edirik. Biz Yuppa “Bavariya”ya rəhbərliyi qəbul etdiyi üçün çox minnətdarıq. O, hazırda komanda üçün ideal məşqçi hesab olunur”, - münhenlilərin baş direktoru Karl-Haynts Rummenige söyləyib.

“Bavariya” sentyabrın 28-də italiyalı mütəxəssis karlo Ançelottinin istefaya göndərildiyini elan edib.

Klub rəhbərliyinin qərarına səbəb Çempionlar Liqasının qrup mərhələsinin oyununda PSJ-yə böyük hesablı (3:0) məğlubiyyət olub.

Almaniya KİV-lərində isə Ançelotti ilə komandanın aparıcı futbolçuları arasında münaqişənin olduğu vurğulanıb.

Haynkes “Bavariya”ya 1987-1991-ci və 2011-2013-cü illərdə rəhbərlik edib.

O, məşqçilik fəaliyyətini 2013-cü ildə, münhenlilər Çempionlar Liqasının, eləcə də Almaniya Kuboku və çempionatın qalibi olandan sonra başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest