Adanada küçədə dilənçilik edərkən yaxalanan 63 yaşlı A.K.nin banklarda 309 min lirə valyutasının olduğu ortaya çıxıb.

PRESSDAY.az
Türkiyə mediasına istinadən bildirir ki, Mərkəz Seyhan rayonu Kocavezir məhəlləsindəki Hal Vəzir Məscidi ətrafında zehni əlil qızı 39 yaşlı N.K. ilə birlikdə dilənən A.K.yı tutan komandalar, üzərində 85 lirə nağd pul ilə 32 ədəd bank hesab pul kisəsi ələ keçirib.

Dilənçi A.K.nin adına keçirilən bank hesab kisələrini araşdıran vəzifəlilər müxtəlif banklarda 309 min lirə pulu olduğunu müəyyən edib.

Qəbahətlər qanununa əsasən dilənçilik edən A.K. və qızına 50 lirə pul cəzası kəsən zabıtalar, ələ keçirilən pula əl qoyub. 309 min lirə olan və bir çoxu müddətli olan bank hesabları ilə bağlı protokol tutan vəzifəlilər, adlı əməliyyat aparılması üçün A.K.yi polislərə təslim edib.

A.K.nin bank hesablarında olan pulların dilənçilik yolu ilə təmin edilməsi ilə bağlı istintaq aparılacağı öyrənilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...