Müğənni Şakira və futbolçu Jerar Pike ayrılmaq qərarı qəbul ediblər.

PRESSDAY.az xəbər verir ki, uşaqlar hələ ki ifaçının yanında olur.

Cütlüyün münasibətlərinin qaydasında olmadığı haqda informasiya bir aya yaxındır yayılsa da, Pike bu söz-söhbətləri təkzib edirdi.

Xəbər verildiyi kimi, idmançı sevgilisini onunla eyni klipdə çəkilən müğənni Niki Cemə qısqanırdı.

Bundan sonra məlum olub ki, Şakira Barselonada yeni ev alıb və ora futbolçusuz köçüb.

Bir versiyaya görə, müğənni futbolçunun qısqanclığından təngə gəlib.

Bundan başqa, məlumata görə, Jerar Şakiraya kadrlarda kişilərlə işləməyi qadağan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest