Gürcü “qanuni oğrular” Ukrayna hakimiyyətinin mütəşəkkil cinayətkarkara qarşı təqibi gücləndirməsindən narahat olublar.

PRESSDAY.az
xarici mediaya istinadən bildirir ki, yaxınlarda İstanbulda baş tutan “yığıncaqda” “oğru” aləminin nümayəndələri Ukrayna Milli Polisinin “qanuni oğrularla” mübarizə məsələsini müzakirə ediblər.

Ukrayna Milli Polisinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəisi Vyaçeslav Abroskinin özünün Facebook səhifəsində yazdığına görə, İstanbul “sammiti”ndə kriminal aləmin bir sıra avtoritetli nümayəndələri – Qiya Kutaisski kimi tanınan Qayoz Zvidadze, Çia kimi tanınan Laşa Barateli, Kosta ləqəbi ilə tanınan Levan Tsintsadze, Dato Surqutski kimi tanınan David Çxivişvili və başqa “qanunçular” iştirak ediblər.

Abroskin qeyd edir ki, gürcü “qanuni oğrular”ın onlara Ukraynada təzyiqinin artması Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin müxalifətə keçməsi ilə bağlıdır.




XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...