ABŞ prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana ölkə liderinin Çexiyada səfir olmaq təklifini qəbul etməməsinin səbəbini açıqlayıb.

PRESSDAY.az xarici KİV-ə istinadən bildirir ki, İvananın sözlərinə görə, prezident ona əgər istəyirsə, bu postu tutmağı təklif edib.

Ancaq Trampın keçmiş arvadı öz azadlığını və həyat tərzini qurban verməməyi arzulayıb.

“Yaxşı, mən niyə Mayaminin qışı, San-Tropenin yayı və Nyu-Yorkun payız-yazı ilə vidalaşmalıyam? Mənim çox gözəl həyatım var”, - İvana qeyd edib.

İvana Zelniçkova (TraMP) Çexoslavakiyada anadan olub.

O, Donald Trampın ilk həyat yoldaşı kimi onunla 1977-ci ildən 1992-ci ilə kimi nikahdaolub.

Keçmiş aktrisa və fotomodel son illər özünü biznesə və kitab yazmağa həsr edib.




XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest