Fransanın PSJ klubunun braziliyalı hücumçusu Neymar UEFA-ya “Barselona”nın Çempionlar Liqasından çıxarılması xahişi ilə müraciət edib.

PRESSDAY.az
-ın xəbərinə görə, məsələ burasındadır ki, kataloniya klubu Neymarın atasına müqaviləsinin 2021-ci ilədək uzadılması ilə bağlı müqavilənin 26 milyon avro miqdarında bonusunu ödəməyib.

Hər iki tərəf bununla bağlı FİFA-ya müraciət edib.

UEFA Neymarın xahişini ciddi qəbul etmədiyindən nəticədə bu məsələyə baxılması kənara qoyulub.

Xatırladaq ki, PSJ yayda braziliyalının keçidi üçün “Barselona”ya 222 milyon avro ödəyb.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest