Xorvatiyanın Futbol İttifaqı milli komandanın baş məşqçisinin dəyişdirildiyini elan edib.

PRESSDAY.az bildirir ki, bu haqda təşkilatın rəsmi saytında məlumat yayılıb.

2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində evdə Finlandiya ilə heç-heçə (1:1) oynadıqdan sonra Ante Çaçiç istefaya göndərilb.

Onu sonuncu klubu “Əl-Ayn” olan 50 yaşlı Zlatko Daliç əvəzləyib.

Dünya çempionatı seçmə mərhələsinin son turunda xorvatlar Kiyevdə Ukrayna millisi ilə qarşılaşacaq.

Ante Çaçiç Xorvatiya millisinə 2015-ci ildən rəhbərlik edirdi.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...