Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədri qurumun oktyabrın 9-da Strasburqda başlayacaq payız sessiyasının ilk günündə keçiriləcək.

PRESSDAY.az bildirir ki, qurumun rəsmi saytındakı məlumata görə, AŞPA-nın yeni sədri postuna Kiprdən Stella Kiriakides və Litvadan Emanuelis Zinqers namizədliklərini irəli sürüblər.

AŞPA-nın əvvəlki sədri Pedro Aqramunt bir neçə gün əvvəl postundan istefaya getdiyini açıqlayıb.

Müvəqqəti spiker assambleyanın vitse-sədri Rocer Qeyl təyin olunub.

Xatırladaq ki, Pedro Aqramunt və AŞPA-nın digər nümayəndələri 2017-ci ilin mart ayında Suriyaya gediblər.

Bundan əlavə, məlum olub ki, AŞPA-nın bürosu təşkilatın rəhbərliyinə etimadsızlıq rəyi verib.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...