Dələduzluqda təqsirləndirilərək həbs edilən veteran futbolçu Maşallah Əhmədov azadlığa çıxıb.

PRESSDAY.az bildirir ki, Maşallah Əhmədov oktyabrın 7-də sərbəst buraxılıb.

O, cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Maşallah Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə cəzanı 2 ilə endirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest