Qərb Universiteti Azərbaycan Elm Assosiasiyası tərəfindən keçirilən “Multidissiplinar Elmi Forum”da iştirak edib.

PRESSDAY.az
bildirir ki, universitetin tələbələri Forumda 4 layihə təqdim ediblər.

Universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tələbələri LEGO platforması üzərində maneədən qaçan və qəza törətməyən robot təqdim ediblər.

Eyni zamanda, insan boyunu ölçmək üçün də innovativ layihə təqdim olunub. Forum zamanı istənilən şəxs stendə yaxınlaşaraq tələbələrin əl işi olan elektron boyölçəndən istifadə edərək öz boylarını ölçə biliblər.

Elektronika sahəsində sonuncu layihə olan led pər vasitəsi ilə tələbələrin Qərb Universitetinin qısaldılmış adını və yaranma tarixini əks etdirməsi də maraqla qarşılanıb.

Universitetin Biznes Məktəbinin tələbəsinin üzərində çalışdığı VOOBY startap layihəsi də forumun diqqətçəkən təqdimatlarından olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest