2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan İslandiya millisi ilk dəfə dünya birinciliyində gücünü sınayacaq.

PRESSDAY.az xəbər verir ki, İslandiya beləliklə dünya çempionatına əhalisinin sayına görə vəsiqə qazanan ən kiçik ölkə olub.

İslandiyanın əhalisi 330 min nəfərdir.

Bu göstəriciyə görə əvvəlki rekord 1,3 milyon əhalisi olan Trinidada və Tobaqoya məxsusdur.

Xatırladaq ki, İslandiya I qrupunda 22 xal toplamaqla birinci yeri tutub. 20 xalla ikinci sırada qərarlaşan Xorvatiya pley-off matçlarında oynayacaq.

Ukrayna qrup mərhələsini 17 xalla üçüncü, Türkiyə 15 xalla dördüncü, Finlandiya 9 xalla beşinci yerdə başa vurub. Kosovo 10 oyunda cəmisi bir xal toplaya bilib.

İslandiyalılar ötən il Fransada keçirilən Avropa çempionatının final mərhələsində iştirak ediblər və dörddəbir finala qədər irəliləyiblər.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest