ABŞ prezidentinin birinci həyat yoldaşı İvana Tramp və onun indiki arvadı Melanya Tramp ölkənin birinci xanımının adına görə mübahisə ediblər.

PRESSDAY.az bildirir ki, bu haqda “Reuters” məlumat yayıb.

Bildirildiyinə görə, münaqişə İvananın ABC-yə müsahibəsindən sonra, özünü zarafatla birinci ledi adlandırması səbəbindən qızışıb.

- Mənim Ağ evdə nömrəm var, lakin ora zəng etmək istəmirəm, ona görə ki, Melanya oradadır. Hansısa qısqanclığın səbəbkarı olmaq istəmirəm, axı mən hər halda Trampın ilk arvadıyam, - İvana söyləyib.

Buna cavab olaraq Melanyanın nümayəndəsi deyib ki, prezidentin birinci arvadının bu cəhdi diqqəti özünə cəlb etməkdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest