Ali Radanın deputatları Facebook səhifələrində Çexiya prezidenti Miloş Zemanın “Krımın itirilməsi Kiyev üçün bitmiş işdir” sözlərini sərt tənqid ediblər.

PRESSDAY.az
bildirir ki, iş hətta təhqir səviyyəsinə çatıb.

Məsələn, parlamentin heç bir fraksiyada təmsil olunmayan deputatı Borislav Beryoza yazıb ki, Zeman “əfsanəvi əclaf”dır və guya az içməsi lazımdır.

Çexiya liderinin ünvanına pis ifadələri “Batkivşina” fralsiyasının nümayəndəsi Leonid Yemets də açıqlayıb. O, Zemanı “kaftar” adlandırıb.

Ukrayna parlamentinin vitse-spikeri İrina Qeraşenko qeyd edib ki, Çexiya prezidentinin təklifi “dəhşətli həyasızlıq”dır.

Miloş Zeman Ukraynanın Krımı itirməsini başa çatmış iş kimi dəyərləndirib.

Bundan əlavə, o, yarımadanın Kiyevin nəzarətinə qaytarılması cəhdinin Avropada müharibəyə gətirib çıxaracağı haqda xəbərdarlıq da edib.

Çexiya prezidentinin fikrincə, Rusiya yarımadaya görə kompensasiya ödəməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest