Şimali Koreya Xalq Demokratik Respublikasının hakerləri Cənubi Koreyanın böyük həcmdə hərbi sənədlərini oğurlayblar.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu sənədlər arasında guya Şimali Koreya lideri Kim Çen Inın öldürülməsi planı da var.

Hakerlərin bu informasiyanı Cənubi Koreyanın Müdafiə Nazirliyindən aldığı bildirilir.

Bu haqda Cənubi Koreyadan olan deputat Li Çxol Xi məlumat yayıb.

Həmçinin xatırladılır ki, bu sənədlər arasında Şimali Koreya ilə müharibə vəziyyətində Seul və Vaşinqtonunfəaliyyət planı, cənubi koreyalı hərbçilərtin müttəfiqlərinə ünvanlanan məruzələri, eləcə də ölkənin hərbi zavodlarının və vacib elektrik stansiyalarının işi, yerləşdiyi ərazilər haqda məlumatlar var.

Cənubi Koreyanın Müdafiə Nazirliyi bununla bağlı hələ ki açıqlama verməyib. Şimali Koreya tərəfi isə baş verənlərdə iştirakının təkzib edir.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...