İspaniya polisi Kataloniyanın rəhbəri Karles Puçdemon regionun müstəqilliyini elan edərsə, onun həbsinə hazırdır.

PRESSDAY.az xarici mediaya istinadən bildirir ki, bu haqda Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.

Həmsöhbətlərdən biri agendliyə bildirib ki, müvafiq əmr hələ daxil olmayıb, lakin xüsusi dəstənin əməkdaşları regional polisin müqavimətinə baxmayaraq belə tapşırığı yerinə yetirmək üçün Barselonadadır.

Oktyabrın 10-da Puçdemonun regionun parlamentində çıxışı gözlənilir. O, həmin çıxışında regionun İspaniyadan müstəqillini elan edə bilər.

Kataloniyanın müstəqilliyi üzrə referendum oktyabrın 1-də keçirilib.

Səs verənlərin 90 faizdən çoxu regionun İspaniyanın tərkibindən çıxmasının lehinə olub. Mərkəzi hakimiyyət referendumun keçirilməsinə mane olmağa çalışıb, hətta güc vasitələrindən də istifadə edilib. Nəticədə 893 nəfər yaralanıb.

Madrid bu nəticələri tanımır.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...