Deputat Çingiz Qənizadə Milli Məclisin keçmiş deputatı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.

PRESSDAY.az bildirir ki, bu barədə Çingiz Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Qalib Salahzadə Çingiz Qənizadənin məhkəməyə müraciət etməsindən sonra mətbuatda işlətdiyi sözlərdən imtina edib və buna görə də Çingiz Qənizadə şikayətini geri götürmək barədə qərara gəlib:

"Çingiz müəllim gördü ki, o qeyri-ciddi adamdır, ona görə də belə bir adamı məhkəməyə verməyə dəyməz, dedi. Qalib Salahzadə mətbuata son açıqlamasında dediklərinin yalan olduğunu özü də etiraf elədi".

Çingiz Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.

Buna səbəb son vaxtlar Qalib Salahzadənin Çingiz Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.

Şikayətə Sabunçu rayon Məhkəməsində baxılırdı.(apa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...