İtaliyalı yazıçı və sənətşünas Vittorio Sqarbi Turinin “Yuventus” klubunun qapıçısı Canluici Buffona İtaliyanın idman naziri postunu vəd edib.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Sqarbi onun siyasi partiyası “Dirçəliş” qalib gələcəyi təqdirdə sözünün üstündə duracaq.

“Əgər biz seçkilərdə qalib gəlsək, Buffon İtaliyanın yeni idman naziri olacaq. Canluici sakit insandır, milli komandada çıxış edir və tezliklə karyerasını başa vuracaq. O, incəsənət və siyasətlə maraqlanır.

Buffon bizim partiyanın irəli sürdüyü təklifə maraq göstərib. O bu haqda mənə də yazıb”, - Sqarbi söyləyib.

Xatırladaq ki, bundan əvvəl Buffon 2018-ci il dünya çempionatından sonra karyerasının başa vuracağını açıqlayıb.




XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest