Güc strukturları əməliyyat zamanı Sverdlovsk vilayətinin Sısert şəhərində şantaj yolu ilə pul əldə edən, həmçinin insan oğurluğunda adı keçən dəstənin bir neçə üzvünü saxlayıb.

PRESSDAY.az Rusiya KİV-nə istinadən bildirir ki, mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri Sedoy ləqəbli kriminal avtoritet Ağayar Ağayevin qohumlu – 35 yaşlı Şaiq Səmədovdur.

Ağayev 2016-cı ilin avqust ayında Türkiyədə killerlərin güllələdiyi “qanuni oğru” Rövşən Lənkəranskinin (Rövşən Canıyev) əvvəllər regionda “baxıcısı” kimi məşhur olub.

Ağayev bu ilin mart ayında Lənkəranskinin Azərbaycan (talış) diasporunun inanılmış şəxsi kimi təqdim olunub. Ural KİV-lərinin məlumatına görə, Canıyevin öldürülməsindən sonra Ağayev regionda Quli ləqəbli digər nüfuzli “qanuni oğru” Nadir Səlifovun regionda maraqlarını təmsil edib.

Quli hazırda həbsdə olsa da, öz nümayəndələri vasitəsilə bəzi regionlara və şəhərlərə məsafədən nəzarət edir.

Səlifov ilin əvvəlində əvvəllər Rövşən Lənkranskinin nəzarətindəki məşhur qalmaqallı 4 nömrəli tərəvəz bazasına öz hüququ olduğunu bəyan edib. Məlumata görə, Ağayar Ağayevin də biznesi 4 nömrəli tərəvəz bazası ilə sıx bağlıdır.

Bu baza vaxtaşırı hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşür.

Mənbənin bildirdiyinə görə, İstintaq Komitəsində iki maddə - adam oğurluğu və hədə-qorxu ilə pul tələb etmə üzrə cinayət işi qaldırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...