Əfqanıstanda hücum fırtınası dayanmır, dünyanın gözünü yumduğu ölkə bu gün bir daha partlayan bomba ilə sarsılıb.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, son 24 saatda baş verən üçüncü hücumla Kabil yaxınlığındakı bir hərbi təhsil mərkəzi hədəf alınıb.

Mərkəzi cəhənnəmə çevirən partlayışda ən azı 15 əsgərin həyatını itirdiyi bildirilir.

Ölkədə dünən iki məscidi qana bulayan terrorçular, ən azı 73 insanın ölümünə bais olmuşdular. Kabildə bir şiə məscidinə girən təcavüzkar əvvəl içəridəkiləri atəşə tutub, sonra da üstündəki bombanı partlatmışdı.

Əfqanıstanda həftənin əvvəlindən bu yana baş verən digər hücumlar belədir:

Çərşənbə günü intihar bombaçıları və silahlı terrorçular polis təhsil mərkəzinə hücum edib, ən azı 41 nəfər ölüb.

Yenə də çərşənbə axşamı günü Gaznedə bombalı maşın partladılıb, ən azı 30 nəfərin öldüyü qeyd edilib.

Cümə günü Taliban terrorçuları Qəndaharda bir hərbi hissədə qırğın törədib, 60 əsgərdən ən azı 43-ü həyatını itirib. Həmin gün Gaznedə üç polis məmuru öldürülüb.

Həftənin əvvəlindən bu yana reallaşan hücumlarda həyatını itirənlərin sayı 205-ə çatıb.

On illərdir qeyri-sabitlik şəraitindəki Əfqanıstanda, son bir il ərzində həm terror təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD), həm də Taliban hücumlarını artırıb.

İŞİD son dövrdə xüsusiləş şiə məscidlərini hədəf alan hücumlar təşkil edir.

Ölkədə bu il ərzində baş verən hücumlarda insan itkisinin minlərlə olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...