“Barselona”nın prezidenti Yozef Bartomeu Kataloniyada keçirilən referendum səbəbidən yaşanan siyasi problemlərə daxil olmaq istəmədiklərini və La Ligada qalmaq istədiklərini deyib.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, məlum olduğu kimi İspaniya Futbol Federasiyası, “Barselona”nın referendumun ardından olması gözlənilən müstəqilliyi tanıyacağı təqdirdə La Ligada oynamayacağını açıqlamışdı.

Bu açıqlamanın ardından “Barselona”nın prezidentinin də mövqeyi gecikməyib.

Baş verən siyasi hadisələr və referendumla bağlı bəyanatlar verən “Barselona”nın prezidenti Yozef Bartomeu deyib: “Biz siyasi problemlərə daxil deyilik. La Ligada oynamağı davam etdirmək istəyirik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...