Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kiyevdə onun mühafizəsinin keçmiş rəhbəri Georgi Rubaşvilinin oğurlandığını açıqlayıb.

PRESSDAY.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, Rubaşvili tanışları ilə kafedən çıxanda 8 silahlı kişi ona yaxınlaşıb.

- O, Kiyevdə yaşayır, rəsmi pasportu var, silahı yoxdur və mənə əvvəllər təsərrüfat məsələlərində yardım edib, indisə öz işləri ilə məşğul olurdu, - Mixail Saakaşvili vurğulayıb. – Georginin oğurlanması iki saat əvvəl baş verib. Polis deyir ki, onlarda yoxdur, Ukrayna Təhlükəsizlik Xidməti bu haqda heç nə söyləmir.

Kiyevdə Ali Radanın yaxınlığında etiraz aksiyası təşkil edən Mixail Saakaşvili islahatlar tələb edir, əks halda hakimiyyət dəyişikliyi ilə hədələyir.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...