“Mançester Yunayted” İngiltərə çempionatının 9-cu turunda səfərdə “Haddepsfild” klubuna 2:1 hesabı ilə məğlub olub.

PRESSDAY.az
bildirir ki, bu, Joze Mourinyonun komandasının bu mövsümdə ilk məğlubiyyətidir.

“Haddepsfild”in heyətində 28-ci dəqiqədə Aaron Muy və 33-cü dəqiqədə Loran Depuatr fərqlənib.

“Mançester Yunayted”in yeganə qolunu 78-cı dəqiqədə Markus Raşford vurub.

“Qırmızı-şeytanlar” 9 turdan sonra 20 xalla ikinci sıradadır.

Bu gün baş tutan digər oyunların nəticəsi belə olub:

“Çelsi” – “Uotford” – 4:2

“Mançester Siti” – “Burnli”- 3:0

“Nyukasl” – “Kristal Pelas” – 1:0

“Stok Siti” – “Bornmut” – 1:2

“Syonsi” – “Lester” – 1:2


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...