İstanbulda evinin pəncərəsindən boylanaraq düşən uşaq vətəndaşlar tərəfindən havada tutulub.

PRESSDAY.az Türkiyə mediasına istinadən bildirir ki, İstanbulda kiçik bir uşaq evin açıq olan pəncərəsinə çıxaraq sallanmağa başlayıb.

Ətrafda vəziyyəti görən vətəndaşlar kiçik uşaq üçün səfərbər olub. Bir tərəfdən evin içərisindəki ana xəbərdar edilməyə çalışarkən, bir yandan da ətraf evlərdən asılı paltarlardan şüşənin altına bir topa yığılıb.

Pəncərədən bir müddət sallanan uşağın anası bir müddət sonra vəziyyəti fərq edib.

Evin digər pəncərəsinə çıxan və uşağının düşmək üzrə olduğunu görən ana, sürətlə pəncərəyə doğru qaçıb.

Ancaq bu zaman pəncərədən sallanan uşaq vətəndaşların səsləri arasında aşağı düşüb. Pəncərini dərhal altında gözləyən həssas vətəndaşlar, balaca uşağı yerə düşmədən havada tutub.

Ürəkləri ağıza gətirən hadisə kiçik uşağın burnu belə qanamadan ötüşüb.

Baş verən bu olayı bir vətəndaş mobil telefonu ilə də çəkib.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...