Business İnsider portalı ABŞ-ın rəhbərli etdiyi beynəlxalq koalisiyanın Suriyanın Deyr-əz-Zor əyalətində hakimiyyətyönlü qüvvələrə hava zərbəsinin videosunu yayıb.

PRESSDAY.az
xarici mediaya istinadən bildirir ki, hadisə fevralın 7-də baş verib.

Kadrlarda T-72 tankının məhv edilməsi anı göstərilib.

ABŞ-ın hərbi idarəsindən bildiriblər ki, koalisiya “Suriya demokratik qüvvələri” ilə birlikdə qəsdən törədilən hücumdan müdafiə olunub.

Zərbə zamanı 25 yaraqlı yaralanıb.

ABŞ KİV-ləri isə aralarında rusların da olduğu yüzlərlə muzdlunun öldüyü haqda məlumat yayıb.

“Başqa Rusiya” təşkilatı Suriyada könüllü şəkildə gedən fəal Kirill Ananyevin öldüyünü bildirib.



XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...